AZ

İranda üç günlük matəm elan edilib

İranda ABŞ və İsraili günahlandırdıqları etirazlar fonunda hakimiyyət həlak olanlar üçün üç günlük milli matəm elan edib.

Doğru.az xəbər verir ki, bu barədə IRIB İran hökumətinə istinadən məlumat yayıb. Bildirilib ki, “ABŞ və sionist rejiminə qarşı milli müqavimət zamanı həlak olan şəhidlərin xatirəsinə üç günlük matəm elan edilir”.

Bəyanatda qeyd olunub ki, son hadisələr zamanı İran xalqı iğtişaşlarda iştirak edənlərin yalnız zorakılıq və dağıntı gətirdiyini açıq şəkildə görüb.

Həmçinin vurğulanıb ki, İran prezidenti Məsud Pezeşkian həlak olanların xatirəsini ehtiramla yad edir və vətəndaşları yanvarın 12-də keçiriləcək Milli Müqavimət Yürüşündə iştirak etməyə çağırıb.

Xatırladaq ki, daha əvvəl ölkənin müxtəlif bölgələrində baş verən iğtişaşlar zamanı İran hüquq-mühafizə orqanlarının 38 əməkdaşının həlak olduğu bildirilmişdi.

DOĞRU.AZ 

Seçilən
12
dogru.az

1Mənbələr