“Milan”ın futbolçusu Maksimilian İbrahimoviç karyerasını Niderland çempionatında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 19 yaşlı hücumçu “Ayaks”la anlaşıb. Amsterdam təmsilçisi gənc forvardı cari mövsümün sonunadək icarəyə götürməklə bağlı “Milan”la razılığa gəlib.
Müqaviləyə mövsümün sonunda birdəfəlik satınalma bəndi də salınıb.
Maksimilian İbrahimoviç İsveç futbolunun canlı əfsanəsi Zlatan İbrahimoviçin oğludur.
Zlatan İbrahimoviç hər iki klubda çıxış edib.