AZ

Vinisius Junior 15 finalda 15 məhsuldar nəticəyə imza atdı

İspaniya Superkubokunun finalında “Barselona” ilə qarşılaşmada fərqlənən Vinisius Junior “Real Madrid” forması ilə finallardakı məhsuldarlığını davam etdirib.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı vingerin kataloniyalıların qapısına vurduğu qol onun klub karyerasında finallarda 15-ci məhsuldar epizodu olub. Qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “King Abdullah Sports City” stadionunda keçirilib.

Vinisius 45+2-ci dəqiqədə hesabı bərabərləşdirib. Beləliklə, braziliyalı futbolçu “kral klubu”nun heyətində keçirdiyi 15 final matçında 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, görüşdə "Barselona" 3:2 hesabı ilə qələbə qazanaraq kubokun sahibi olub.

Əlavə edək ki, Superkubokun yarımfinal mərhələsində “Barselona” Bilbao “Atletik”ini 5:0 hesabı ilə darmadağın edib. “Real Madrid” isə Madrid derbisində “Atletiko”ya 2:1 hesabı ilə qalib gəlib. Hazırda İspaniya Superkubokunun sahibi “Barselona”dır – kataloniyalılar ötən mövsümün finalında da “Real”ı 5:2 hesabı ilə məğlub etmişdilər.

Seçilən
14
90deqiqe.az

1Mənbələr