AZ

Qəzza ilə bağlı paylaşıma şərh yazdığı üçün 6 min avro cərimələndi

ain.az, 525.az saytına istinadən bildirir.

Almaniyanın paytaxtı Berlində sosial şəbəkələrdə Qəzza ilə bağlı paylaşımın altında Holokostu (yəhudi soyqırımı) aşağılayan şərh yazan şəxs məhkəmə önünə çıxarılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tiergarten Məhkəməsi həmin şəxsi nifrət və düşmənçiliyi qızışdırmaqda təqsirli bilib.

Qərarda 40 yaşlı şəxsin "Realitat İslam" qrupunun "Qəzza Auşvitsə bərabərdir 2023" başlıqlı paylaşımına münasibət bildirdiyi və onun şərhində təxminən 6 milyon yəhudinin öldürülməsi ilə İsrailin Qəzzaya hücumları ilə eyniləşdirildiyi vurğulanıb.

Buna görə də o, məhkəmənin qərarı ilə 6 min avro cərimələnib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
525.az

1Mənbələr