AZ

İstanbulda yaşayış kompleksində partlayış baş verib - Üç nəfər xəsarət alıb

BAKI, 12 yanvar. TELEQRAF

İstanbulda elit yaşayış komplekslərindən birində kuryer tərəfindən gətirilən bağlamanın partlaması nəticəsində üç nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Bildirilib ki, hadisə şəhərin qərbində yerləşən Zeytinburnu rayonunda baş verib.

Məlumata görə, kuryer bağlamanı yaşayış kompleksinin resepsiyasında qoyub. Ünvan sahibi bağlamanı açarkən qutu partlayıb. Nəticədə həmin şəxs göz və əl nahiyəsindən xəsarət alıb, iki mühafizəçi isə yüngül yaralanıb. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra yaşayış kompleksi mühasirəyə alınıb və istintaq tədbirləri aparılıb. Partlayışın səbəbi və istifadə edilən partlayıcı maddənin növü barədə hələlik məlumat verilməyib.

Seçilən
20
teleqraf.com

1Mənbələr