AZ

Tailandda katerlə gəmi toqquşdu

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tailandın Pxuket əyalətində turistləri daşıyan "Korawich Marine 888" gəzinti kateri balıqçı gəmisinə çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Bakı vaxtilə 05.55-də baş verib.

Hadisə zamanı katerdə əsasən Rusiya, Özbəkistan, Qırğızıstan və Qazaxıstandan olan 52 turist və 3 ekipaj üzvü olub. 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 23-ü Rusiya vətəndaşıdır. Qalan sərnişinlər təxliyə edilib. Xəstəxanada yaralılardan biri 18 yaşlı rusiyalı qız vəfat edib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, qəza nəticəsində ciddi zədə alan kater batıb. 

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
525.az

1Mənbələr