AZ

Putinin oğurlanmasını istəyən nazirin olduğu qatar Kiyevdə dayandırılıb

BAKI, 12 yanvar. TELEQRAF

Böyük Britaniyanın müdafiə naziri Con Hilinin olduğu qatar Kiyevə səfəri zamanı fövqəladə şəkildə dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, qatarın dayandırılmasına səbəb yaxın ərazidə baş verən raket-dron hücumu olub. Hili baş verənləri ciddi məqam kimi qiymətləndirib.

Qeyd edək ki, bundan əvvəl "The Telegraph" yazmışdı ki, Hili Kiyevə səfəri zamanı jurnalistlərə açıqlamasında, əgər hər hansı bir ölkə liderini oğurlamaq imkanı olsaydı, Vladimir Putini saxlayaraq onu məsuliyyətə cəlb edəcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Helinin bu sözlərini “yaş fantaziyalar” adlandırıb.

Seçilən
24
teleqraf.com

1Mənbələr