ain.az bildirir, Oxu.az portalına istinadən.
Yanvarın 11-də İsrailin Baş naziri Benyamin Netanyahu və Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt iki ölkənin təhlükəsizlik qurumları arasında strateji tərəfdaşlıq yaradılması barədə birgə bəyannamə imzalayıblar.
Bu barədə Oxu.Az "Times of Israel"ə istinadən məlumat verir.
Sənəd kibertəhlükəsizlik, qabaqcıl texnologiyalar, hüquq-mühafizə orqanları, terrorçuluğa qarşı mübarizə və mülki müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutur.
Tərəflər müqavilənin ikitərəfli əməkdaşlığı yeni səviyyəyə qaldıracağını, təhlükəsizliyin təmin edilməsi və müasir təhdidlərə qarşı mübarizə üçün birgə səyləri gücləndirəcəyini vurğulayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.