Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu və ölkədə səfərdə olanAlmaniyanın daxili işlər naziri Aleksandr Dobrindtkibertehlükəsizlik, terrorizmlə mübarizə və qabaqcıl texnologiyalarsahəsində əməkdaşlığın genişləndirilməsinə dair bəyannaməimzalayıblar.
Trend xəbər verirki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının mətbuatxidməti məlumat yayıb.
Bəyannamə “Berlin ilə dərin əməkdaşlığı” təsbit edir vətəhlükəsizlik sahəsində mövcud öhdəliklərin praktiki birgəfəaliyyətə çevrilməsinə yönəlib. Sənəddə kiberhücumlar vəbeynəlxalq terrorizm də daxil olmaqla, müasir təhdidlərləmübarizəyə xüsusi diqqət yetirilir.
Sənəddə həmçinin qeyd olunur ki, İran və onun dəstəklədiyistrukturlar regional sabitlik və beynəlxalq təhlükəsizlik üçüntəhdid yaradır.
Bundan əlavə, Almaniyanın İsrail qarşısında tarixi məsuliyyətixüsusi vurğulanır. İsrail tərəfinin bildirdiyinə görə, bəyannaməBerlinin Holokost xatirəsinin qorunmasına, o cümlədən “Yad Vaşem”memorial kompleksi ilə əməkdaşlığa sadiqliyini əks etdirir.