ABŞ ordusuna aid pilotsuz təyyarə Yəmənin şimal-şərqindəki Marib əyalətində motosikletə zərbə endirib və nəticədə iki “əl-Qaidə” üzvü öldürülüb.
APA xəbər verir ki, bu barədə əyalət rəhbərliyi məlumat yayıb.
"ABŞ pilotsuz təyyarəsi əyalətin paytaxtı Maribin şərqində, ehtimal ki, “əl-Qaidə” üzvləri olan iki kişinin olduğu motosikletə zərbə endirib. Hava hücumu nəticəsində şəxsiyyətləri hələ müəyyən edilməmiş iki kişi həlak olub", - məlumatda deyilir.