AZ

Çimərlikdə 5 İNSAN BAŞI TAPILDI

Ekvadorun Manabi əyalətindəki Puerto Lopes kantonunda beş insan başı aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə "Ecuavisa" TV məlumat yayıb.

Bildirilib ki, faktla bağlı polis tərəfindən araşdırma və əməliyyat tədbirlərinə başlanılıb.

Ekvadorun 911 təcili yardım sisteminə çimərlikdə anatomik hissələrin tapılması ilə bağlı zəng daxil olub və polis, məhkəmə-tibb ekspertizası və Dinased bölmələri onların həqiqətən insan başları olduğunu təsdiqləyiblər.

Ekvador Milli Polisinin məlumatına görə, qurbanlar arasında 20 ilə 34 yaş arasında beş kişi müəyyən edilib. İlkin araşdırma kişilərin dənizdə öldürülmüş ola biləcəyini göstərir.

Seçilən
85
25
publika.az

10Mənbələr