AZ

“Liverpul” Bellinqemin transferi üçün 180 milyon ödəməyə hazırdır

İngitərənin “Liverpul” klubu Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqemin transferində maraqlıdır.

İdman.Biz xəbər verir ki, İngiltərə klubu “kral klubu”na 180 milyon avro (360 milyon AZN) ödəməyə hazırdır.

Bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində yazıb.

Bildirilir ki, “Liverpul” artıq “Real”la ilkin təmaslar qurub. Futbolçu ilə bağlı ilkin sorğu rədd edilib. “Real”ın prezidenti Florentino Peres və Madrid klubunun digər nümayəndələri satış ehtimalını qəti şəkildə istisna ediblər. Klub hesab edir ki, ona uyğun əvəzləyici tapmaq mümkün deyil.

İngilis klubunun rəhbərliyi hesab edir ki, uzun illər komandanın mərkəzində oyunu idarə edə biləcək yeni liderə ehtiyac var.

Yarımmüdafiəçi 2023-cü ilin yayında “Real”a keçib. Cari mövsümdə Bellinqem bütün turnirlərdə 22 oyunda iştirak edib, beş qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 160 milyon avro (320 milyon AZN) təşkil edir.

İdman.Biz
Seçilən
18
1
idman.biz

2Mənbələr