AZ

Tramp: ABŞ İrandakı hadisələrə cavab vermək imkanını ciddi şəkildə nəzərdən keçirir

ABŞ İrandakı hadisələrə hansısa formada, o cümədən güc tətbiq etməklə cavab vermək imkanını ciddi şəkildə nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirdiyi Mar-a-Laqo malikanəsindən (Florida ştatı) Vaşinqtona qayıdarkən təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbəti zamanı deyib.

İrandakı hadisələrə, o cümlədən hərbi vasitələrdən istifadə etməklə cavab verilməsi imkanının ciddi şəkildə nəzərdən keçirilib-keçirilmədiyi barədə suala o: "Biz belə bir imkanı nəzərdən keçiririk", - deyə cavab verib.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Vaşinqton İranda internetə çıxışı bərpa edə bilər.

"Biz interneti işə sala bilərik. Bu, mümkündür", - deyən Tramp əlavə edib ki, söhbət həmçinin İrana İlon Maskın sahibi olduğu "Starlink" şirkətinin terminallarının çatdırılması imkanından gedir. "Biz bu barədə İlon Maskla danışa bilərik. Hesab edirəm ki, sizinlə söhbətimi bitirən kimi ona zəng edəcəyəm", - Tramp vurğulayıb.

Seçilən
54
1
ikisahil.az

2Mənbələr