Bakı. Trend:
Şiddətli şaxta səbəbindən Kittila hava limanında uçuşlar ləğvedildikdən sonra minlərlə turist Finlandiyanın şimalında qalıb.
Trend xəbər verirki, bu barədə AP məlumat yayıb.
Bazar günü səhər hava limanında temperatur bir neçə gün davamedən oxşar soyuq hava şəraitindən sonra -37°C-yə düşüb, bu isətəyyarələrin buzlarının əriməsinə və digər əməliyyatlara maneolub.
Laplandiyanın az məskunlaşmış şimal bölgəsində yerləşənKittilada şiddətli soyuqların 12 yanvar Bazar ertəsi günü də davamedəcəyi gözlənilir və Finlandiya Meteorologiya İnstitututemperaturun təxminən -40°C olacağını proqnozlaşdırır.
Qış havası artıq Böyük Britaniya, Fransa və Niderlandda həyatıalt-üst edib: sıfırdan aşağı temperatur və qar yağışı yüzlərləuçuşu dayandırıb, böyük tıxaclar yaradıb, dəmir yolu xidmətini vəyerli ictimai nəqliyyatı sıradan çıxarıb və bəzi yerlərdəməktəblərin bağlanmasına səbəb olub.