Londonun ICE birjasında 2026-cı ilin mart ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti bir barel üçün 64 dollara çatıb.
Publika.az xəbər verir ki, ticarət məlumatlarına görə, bu, ötən ilin 5 dekabrından bəri ilk belə artımdır .
Birja məlumatlarına görə, Bakı vaxtı ilə saat 03:52-yə qədər "Brent" markalı xam neftin qiyməti 1,56% artaraq 64 dollar/barelə çatıb. Bakı vaxtı ilə saat 04:08-ə qədər Brent markalı xam neftin fyuçersləri 63,7 dollar/barelə düşüb (1,08% artıb). Bu arada, WTI markalı xam neftin fevral ayı üçün fyuçersləri 1,22% artaraq 59,5 dollar/barelə çatıb.