Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazaxrayonunun Qarapapaq kəndində köməkçi tikilidə yanğın baş verməsibarədə məlumat daxil olub.
Trend xəbər verirki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsininqüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınınvətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə başverdiyi və havanın küləkli olması səbəbindən bitişik tikililərəyayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yardımçı tikilidəbaş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərəkeçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan yardımçıtikilinin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb.
Yardımçı tikilinin qalan hissəsi və bitişik tikililər yanğındanmühafizə olunub.
Xəsarət alan olmayıb.