AZ

Yuventus hucumçuya görə bu həftə Liverpul un qapısını döyəcək

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Liverpul"un vingeri Federiko Kyeza "Yuventus"a qayıtmağa hazırdır. Turin klubu sonradan satınalma şərti ilə futbolçunu icarəyə götürmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib. 

Tərəflərin müqaviləni bu həftə müzakirə etməyə başlaması gözlənilir. "Liverpul" rəhbərliyi oyunçunu birdəflik satmağı düşünür. 

İtalyan futbolçu 2024-cü ilin avqustunda 12 milyon avro qarşılığında "Yuventus"dan "qırmızılar"a transfer olunub. mOnun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

Qeyd edək ki, Kyeza "Yuventus"da olduğu müddətdə 131 oyunda iştirak edib, 32 qol vurub və 24 məhsuldar ötürmə edib. O, bu mövsüm "Liverpul"da 20 oyunda meydana çıxıb, ümumilikdə 469 dəqiqə meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
sport24.az

1Mənbələr