Böyük Britaniyanın müdafiə naziri Con Hilinin Rusiya Prezidenti Vladimir Putinin “oğurlanması” ilə bağlı səsləndirdiyi fikirlər Ukraynada münaqişənin nizamlanmasına dair mümkün sülh razılaşmasını pozmağa yönəlib. Bu barədə ABŞ-li iqtisadi proqnozlaşdırma üzrə ekspert Martin Armstronq “X” sosial şəbəkəsində paylaşım edib.
Ekspertin fikrincə, Con Hili Böyük Britaniyanın sabiq baş naziri və ölkənin aparıcı neokonservativ siyasi dairələri ilə eyni cərgədə dayanır. Armstronq vurğulayıb ki, bu mövqe Ukrayna məsələsində sülhün mümkünsüzlüyünə zəmanət verir.
Qeyd edək ki, yanvarın 11-də Con Hili jurnalistin “hansı dünya liderini oğurlamaq istərdiniz” sualına cavabında Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutduğunu bildirib. O, Venesuela lideri Nikolas Maduronun başına gələnlərə bənzər ssenarinin mümkünlüyünü də istisna etmədiyini deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Britaniya müdafiə nazirinin bu açıqlamalarını sərt şəkildə tənqid edərək, onları “britaniyalı pozğunların yaş fantaziyaları” adlandırıb