Bakı. Trend:
İngiltərənin “Liverpul” klubu Madrid “Real”ının yarımmüdafiəçisiCud Bellinqemin transferində maraqlıdır.
Trend xəbər verirki, bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində məlumatpaylaşıb.
Məlumata görə, İngiltərə klubu “kral klubu”na futbolçu üçün 180milyon avro ödəməyə hazırdır.
Bildirilir ki, “Liverpul” artıq “Real”la ilkin təmaslar qurub,lakin futbolçu ilə bağlı ilk sorğu rədd edilib. Madrid klubununprezidenti Florentino Peres və digər rəhbər şəxslər satışehtimalını qəti şəkildə istisna ediblər. Klub rəhbərliyi Bellinqeməuyğun əvəzləyici tapmağın mümkünsüz olduğunu düşünür.
“Liverpul” rəhbərliyi isə hesab edir ki, komandanın uzun illərmərkəzində oyunu idarə edəcək yeni liderə ehtiyacı var.