AZ

Yollar buz bağlayacaq - Tarix » AzadMedia.az


Bakıda və Abşeron yarımadasında yanvarın 17-dən etibarən hava şəraitində kəskin soyuma müşahidə olunacaq. Sinoptiklərin məlumatına görə, gecə saatlarında havanın temperaturu sıfıra yaxınlaşacaq, bəzi günlərdə isə mənfi göstəricilərə enəcək.
Yanvarın 17-nə keçən gecə temperaturun 0 dərəcə təşkil edəcəyi gözlənilir. Yanvarın 18-də gecə saatlarında hava -1 dərəcəyədək soyuyacaq. Yanvarın 19-u və 20-də isə şaxtanın daha da güclənəcəyi, gecə temperaturunun müvafiq olaraq -2 və -4 dərəcəyə enəcəyi proqnozlaşdırılır.
Qeyd olunur ki, yanvarın 19 və 20-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında da hava temperaturu 0 dərəcədən yuxarı qalxmayacaq. Soyuq hava şəraitinin müşayiət olunduğu günlərdə yollarda buzlanma ehtimalı istisna edilmir.
Seçilən
14
1
azadmedia.az

2Mənbələr