Tramp Ağ Evə qayıdarkən Air Force One təyyarəsində jurnalistlərin beynəlxalq hadisələrlə bağlı suallarını cavablandırıb.
KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın “qırmızı xətti keçməyə başladığını” bildirib və Tehran rəhbərliyinə qarşı “nə vaxt, harada və ya necə hərəkət edəcəkləri” barədə şərh verməyəcəyini deyib.
İrandakı etirazlarla bağlı “saatbasaat” məlumat aldığını söyləyən Tramp İran rəhbərləri haqqında belə deyib:
“Onlar lider deyillər. Ölkəni zorakılıq yolu ilə idarə edirlər. Biz bunu çox ciddi qəbul edirik. Ordu da bu məsələni araşdırır və masada çox güclü variantlarımız var”.
Tramp bir gün əvvəl İranın ABŞ-la əlaqə saxladığını və nüvə sazişi üzrə danışıqlar aparmağı təklif etdiyini qeyd edərək deyib:
“Onlarla görüşə bilərik. Bir görüş təşkil olunur. Ancaq baş verənlərə (ölkədəki etirazlara) görə, görüşdən əvvəl hərəkətə keçə bilərik”.
Tramp həmçinin İran xalqının internetə çıxışının olmadığı və dünya ilə əlaqənin kəsildiyi xatırladıb və deyib ki, Elon Mask ilə danışaraq Starlink vasitəsilə ölkədə interneti yenidən aktivləşdirəcək.
Ağagül Mürsəlov,
KONKRET.az