Yerli vaxtla saat 03:07-də Azərbaycanın Şamaxı rayonunda 3 maqnitudalı zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yeraltı təkanlar Pirqulu seysmik stansiyasından təxminən 9 kilometr cənubda qeydə alınıb.
Məlumata əsasən, zəlzələ ətraf ərazilərdə hiss olunmayıb.