AZ

Roma Papası Ukraynaya çağırış etdi

Roma Papası XIV Leo Rusiyanı Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmağa çağırıb və bunun mülki əhali üçün humanitar nəticələrini qeyd edib.

Modern.az xəbər verir ki, bu barədə Papa XIV Leo sosial media hesabındakı paylaşımında bildirib.

Pontifik vurğulayıb ki, yeni hücumlar, xüsusən də temperaturun düşməsi və elektrik enerjisinə və istilik sisteminə artan tələbat nəzərə alınmaqla, mülki əhaliyə ciddi ziyan vurur.

"Ukraynada, soyuq hava şəraitinin güclənməsi fonunda enerji infrastrukturuna yeni ciddi hücumlar mülki əhaliyə ciddi ziyan vurur. Əzab çəkənlər üçün dua edirəm və bir daha zorakılığa son qoyulmasını və sülhə nail olmaq üçün səylərin artırılmasını tələb edirəm".

Seçilən
10
modern.az

1Mənbələr