AZ

Şamaxıda zəlzələ oldu

Şamaxı bu gecə yenidən seysmik hərəkətliliklə gündəmə gəldi. Yerli vaxtla saat 03:07-də rayonda zəlzələ qeydə alındı.

Doğru.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanların gücü 3 maqnitudaya bərabər olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Gecə saatlarında baş verən yeraltı təkanlar ətraf ərazilərdə də zəif şəkildə hiss edilib. İlkin məlumata əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət qeydə alınmayıb.

DOĞRU.AZ

Seçilən
16
dogru.az

1Mənbələr