Qazaxıstanda qış balıq ovu zamanı qeydə alınan kadrlar sosial şəbəkələrdə gülüş doğurub.
Balıqçılar xizəyin yanında olduqları halda tülkü cəsarətlə yaxınlaşıb, balıqları dartaraq özününküləşdirməyə çalışıb. Kadrlardan görünür ki, nə insanların səsi, nə də qışın sərt soyuğu onu dayandıra bilib – tülkü son ana qədər geri çəkilməyib.
Balıqçılar ovlarını xilas etməyə nail olsalar da, bu “əməliyyat” qış ovunun ən yaddaqalan və əyləncəli anına çevrilib. Video qısa müddətdə sosial mediada yayılaraq minlərlə baxış toplayıb.
İzləyicilər şərhlərdə hadisəni yumorla qarşılayıb, tülkünü isə “qışın ən cəsarətli ovçusu” adlandırıblar.