Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hörmətli oxucuya bu başlıq sensasiyalı gəllə bilər, hətta sual edə bilər ki, nə dəxli var? Kimsə bir qədər də irəli gedib bu iddianın Qərb təbliğatı olduğunu da düşünə bilər.
Lakin, bu nə Qərb təbliğatıdır, nə də sensasiya. İndi yazacacğımız hadisələr Xəzərin o tayında baş verir. Bakıdan təxminən 400 kilometr uzaqda.
Avtosfer.az xəbər verir ki, Türkmənistanda qadınlarla bağlı hər gün sayı artan qadağalardan biri də avtomobildə əyləşməklə bağlıdır.
Bir neçə il əvvəl prezident administrasiyasından verilmiş şifahi tapşırığa görə qadınlar maşında qabaq oturacaqda əyləşə bilməzlər. Hətta taksi şirkətləri də bununla bağlı konkret tapşırıq alıb: ya hamı zorla da olsa arxada əyləşməli, ya başqa maşın gözləməlidir.
Ailə avtomobilində qadaqda oturan qadın mütləq sürücünün yaxın qohumu olmalıdır (arvad, bacı, qız). Polis çox vaxt belə hallarda nikah, yaxud doğum şəhadətnaməsi tələb edir.
Xarici medianın məlumatına görə, bir neçə il əvvəl nazirlərdən biri qadınların qabaq oturacaqda əyləşməsini “qeyri-etik”, “əxlaqa zidd” və “haram” hesab edib. Maraqlı budur ki, belə səfeh qadağalar konkret yazılı qanunlarla deyil, əsasən şifahi göstərişlərlə tənzimlənir.
Bundan başqa, Türkmənistanda qadınların saç boyaması, botoks etdirməsi və makiyaj da qadağandır.
Vüqar
Oxunub 38
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.