AZ

Şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTOLAR

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü, Quba “Şahdağ Truskavets” Sanatoriya Mərkəzinin dəstəyi ilə şəhid və qazi ailələrinin övladları üçün Yeni il şənliyi təşkil olunub.

QHT.az xəbər verir ki, bu barədə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova məlumat verib. Onun sözlərinə görə, tədbirdə Xaçmaz, Quba və Qusar rayonlarından olan şəhid və qazi övladları iştirak edib. Bayram tədbirinin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin övladlarına sevinc bəxş etmək, onların üzündə təbəssüm yaratmaq olub:

"Şən və səmimi atmosferdə keçən tədbirdə uşaqlar üçün maraqlı əyləncə proqramları təşkil edilib, Şaxta baba tərəfindən balacalara Yeni il hədiyyələri paylanılıbdır. Bu cür sosial yönümlü tədbirlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. "Vətən Naminə"Şəhid Ailələrinə Dəstək İB_i adından Şahdağ Truskavets sanatoriya mərkəzinə təşəkkür edirik".

Seçilən
12
qht.az

1Mənbələr