Bu gün Türkiyənin Antalya şəhərində mövsümün ikinci hissəsinə hazırlaşan 3 Misli Premyer Liqa klubu - "Qarabağ", "Zirə" və "Sumqayıt" yoxlama oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" Özbəkistan klubu "Neftçi" (Fərqanə) ilə üz-üzə gələcək.

"Zirə" Rumıniyanın "Çiksereda", "Sumqayıt" isə Serbiyanın OFK (Belqrad) kollektivi ilə görüşdə öz gücünü sınayacaq.