Ukraynanın Dnepropetrovsk şəhərindən Polşanın Xolm şəhərinə gedən qatarda 400-dən çox sərnişin doqquz saat sərhəd keçid məntəqəsində qalıb.
Publika.az xəbər verir ki, gecikməyə tütün məmulatlarının qaçaqmalçılığı cəhdi səbəb olub.
Yerli Telegram kanalının məlumatına görə, hadisə Ukrayna-Polşa sərhədində sərhəd nəzarəti zamanı baş verib. Yoxlama zamanı qatarın ventilyasiya dəliklərində qaçaqmalçılıq üçün nəzərdə tutulmuş təxminən 150 qutu siqaret aşkar edilib.
İlkin məlumatlara görə, qanunsuz daşımada bir konduktor iştirak edib. Qayda pozuntusu aşkar edildikdən sonra həm o, həm də qatar konduktoru işdən çıxarılıb. Nəticədə, sərhəddə yeddidən çox sərnişin vaqonu faktiki olaraq bloklanıb.