Bakının Qaradağ rayonunda 66 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
Editor.az xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü qəsəbə sakini Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğulub. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.