
Braziliyada 53 yaşlı balıqçı San-Paulu çayında çəkisi 160 kiloqram, uzunluğu isə 2,5 metr olan ara paima (Arapaima gigas) balığını tutub.
AFN.az xəbər verir ki, bu barədə yerli “Diário do Litoral” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, balığın dərisi və əti yerli bazarlarda yüksək qiymətləndirilir.
Lakin alimlər bildirirlər ki, ara paima bu regionun çayları üçün invaziv növ hesab olunur və qida zəncirinin ən üst pilləsində yer alaraq yerli ekosistem üçün ciddi təhlükə yaradır.
Qəzetin qeyd etdiyinə görə, Amazon hövzəsindən kənarda ara paimanın yayılması ciddi nəzarət altında saxlanılır.