Binəqədi rayonu ərazisində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Doğru.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 17:00-dək “Embawood” zavodunda və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edilib ki, təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
DOĞRU.AZ