Bakı. Trend:
Yanvarın 16-da Heydər Əliyev Mərkəzində amerikalıheykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman)sərgisi açılacaq.
Trend xəbər verir ki, KerolFörmen güclü realist təsirə malik bütöv bədən heykəlləri yaratmaqlaməşhurdu, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ heykəlləriilə tanınır. Bakıda təqdim olunacaq “Suda yenidən doğulanlar”(Reborn into the Water) sərgisi rəssamın 1970-ci illərdəkiişlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrüəhatə edir.
“Üzgüçülər” seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir.Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlananheykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidənkəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur,o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edəndaxili güc barədə düşünməyi vacib bilir. “Suda yenidən doğulanlar”sərgisi həm şəxsi hekayədir, həm də daha geniş sosial düşüncəni əksetdirir. Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanıtəşviq etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir. Müəllifin“Rut” əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər Əliyev Mərkəzindətəqdim olunacaq.
Kerol Förmenin əsərləri bugünədək dünyanın nüfuzlu məkanlarındasərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda “Park Avenue”,“Central Park”, eləcə də Nyu-Orleandakı “Poydras Corridor” vəParisdəki “Avenue George V” kimi məkanlarda nümayiş olunub. Bu günKerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını vədünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalardasaxlanılır.