AZ

Putin onu ələ keçirmək istəyən nazirə belə cavab verəcək

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Britaniya müdafiə naziri Con Heylinin Rusiya Prezidenti Vladimir Putinin “oğurlanması” ilə bağlı açıqlamasından sonra Moskva hərbi hədəflərin sayını artacaq”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi analitik Aleksandr Merkuris deyib.

Ekspert hesab edir ki, təhdidlə qarşılaşacaq ilk şəxslər Ukrayna Silahlı Qüvvələrinin (USQ) sıralarındakı Britaniya muzdluları olacaq.

“Bu cür ritorika münaqişənin eskalasiyasına səbəb ola bilər ki, bu da təkcə Böyük Britaniyanı deyil, həm də Avropanı risk altına qoyur”, – deyə Merkuris bildirib.

Xatırladaq ki, yanvarın 11-də Britaniyanın müdafiə naziri Rusiya Prezidenti Vladimir Putinin Venesuela lideri Nikolas Maduro kimi “oğurlanmasının” tərəfdarı olduğunu demişdi.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr