AZ

Təl-Əviv narahatdır: Türkiyə bu iki ölkə ilə birləşsə, İsrail sarsılacaq

ABŞ-ın "Bloomberg" nəşrinin Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan müdafiə alyansına qoşulmaq istəyi ilə bağlı iddiası İsrail mediasında ciddi narahatlıq yaradıb.

Publika.az xəbər verir ki, İsrailin "News1" və "Sadanews" saytları tərəfindən dərc edilən qiymətləndirmədə Türkiyənin alyansa qoşulacağı təqdirdə İsrailin bölgədəki strateji planlarının pozulacağı bildirilib.

Qiymətləndirməyə görə, üç ölkə arasında yaradılacaq struktur qarşılıqlı müdafiə prinsipinə əsaslanır və bir ölkəyə hücum bütün ölkələrə hücum hesab ediləcək. "Əgər bu ittifaq gerçəkləşərsə, İsrailin Yaxın Şərqdəki bütün hesablamaları alt-üst olacaq", - məlumatda qeyd olunub.

"Ynet" nəşri isə bildirib ki, Türkiyə alyansa qoşularsa, bu, üç ölkə arasında hərbi əlaqələrdə yeni bir dövrün başlanğıcı olacaq:

"Türkiyə və Pakistan uzun müddətdir ki, yaxın hərbi münasibətlərə malikdirlər. Türkiyə Pakistan və Səudiyyə Ərəbistanını beşinci nəsil qırıcı təyyarə proqramı olan "KAAN"a daxil etməyə çalışır. Ər-Riyad və Ankara iqtisadi və müdafiə əməkdaşlığını gücləndirmək üçün çalışırlar. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, ölkələr bu həftə Ankarada Türkiyə-Səudiyyə Ərəbistanı Dəniz Qüvvələri əməkdaşlıq görüşü də keçiriblər".

Seçilən
16
publika.az

1Mənbələr