AZ

İRANDA ETİRAZLAR DAVAM EDİR: RZA PƏHLƏVİ XALQI KÜÇƏLƏRİ TƏRK ETMƏMƏYƏ ÇAĞIRDI

İranın sonuncu devrilmiş şahının oğlu, vəliəhd şahzadə Rza Pəhləvi ölkədə davam edən etiraz aksiyaları ilə bağlı xalqa müraciət edib. O, küçələrə çıxan iranlıları aksiyaları dayandırmamağa və meydanları tərk etməməyə çağırıb.

Vətəninfo.az xəbər verir ki, Rza Pəhləvi sosial media hesabında paylaşdığı bəyanatda etirazçıların tək olmadığını vurğulayıb. Bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan iranlılar etirazçılara dəstək nümayiş etdirir və beynəlxalq ictimaiyyət İranda baş verənləri diqqətlə izləyir.

“Bilin ki, tək deyilsiniz. Dünyanın hər yerindəki həmvətənləriniz səsinizi qürurla ucaldır. Bu gün dünya sizinlədir, milli inqilabınızla həmrəydir və cəsarətinizə heyran qalır. Xüsusilə azad dünyanın lideri kimi Prezident Tramp baş verənləri diqqətlə izləyir və sizə kömək etməyə hazır olduğunu bildirib. Küçələri tərk etməyin. Ürəyim sizinlədir. Bilirəm ki, tezliklə sizinlə olacağam”, – deyə o qeyd edib.
Qeyd edək ki, son günlər İranda müxtəlif şəhərlərdə etiraz aksiyaları davam edir. Hadisələrlə bağlı rəsmi qurumlar hələlik geniş açıqlama verməyib.

Seçilən
10
veteninfo.az

1Mənbələr