Tehran 70 saatdan çoxdur ki, internetsizdir. Bundan əlavə, İran paytaxtında mobil telefon xidməti gündüzlər fasilələrlə, gecələr isə tamamilə kəsilir. SMS mesajlaşma da deaktiv edilib.
QHT.az xəbər verir ki, yanvarın 12-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton, Starlink mobil terminalları vasitəsilə də daxil olmaqla, İran sakinlərinin internetə çıxışını bərpa etmək üçün addımlar ata bilər.
Yanvarın 8-də İranda internet kəsildi. Bəzi ərazilərdə telefon xidməti də məhdudlaşdırıldı. Bunun hökumətin etirazçılara qarşı həyata keçirdiyi tədbirlərin bir hissəsi olduğu düşünülür. Əsas milli media qurumlarının veb saytları müvəqqəti olaraq əlçatan deyildi.
R.İmanov