İranın tanınmış müğənnisi Ququş Los-Ancelesdə mühacirlərin keçirdiyi aksiyada çıxış edib.
KONKRET.az “Iran International”a istinadən xəbər verir ki, sənətçi İranın “Milli İnqilabı”na dəstək məqsədilə keçirilən mitinqə qoşulub. O, çıxışında iranlıları Şahzadə Rza Pəhləvinin ətrafında birləşməyə səsləyib:
“Şahzadənin liderliyi altında bütün iranlılarla həmrəy olmağın vaxtıdır”, — deyə Ququş bildirib.
Müğənni həmçinin beynəlxalq dəstəyin vacibliyinə toxunaraq Donald Trampa müraciət edib: “İran millətini qıranları yox etmək üçün Trampdan kömək istəmək şişirdilmiş arzu deyil”, – Ququş vurğulayıb.
Videonu təqdim edirik:
Natiq Səlim
KONKRET.az