AZ

İrandakı iğtişaşlar zamanı 150 təcili yardım maşını zədələnib

İrandakı kütləvi iğtişaşlar zamanı təxminən 150 təcili yardım maşını zədələnib.

Ucnoqta.az bildirir ki, Tasnim xəbər agentliyi bu barədə məlumat verib.

Agentliyin məlumatına görə, iğtişaşçılar tibb müəssisələrinə və təcili yardım xidmətlərinin binalarına hücum ediblər.

29 dekabrda İran rialının kəskin şəkildə düşməsi səbəbindən tacirlər Tehranda etiraz aksiyalarına başlayıblar. 30 dekabrda tələbələr iğtişaşlara qoşulublar.

İğtişaşlar əksər böyük şəhərlərə yayılıb.

Seçilən
4
ucnoqta.az

1Mənbələr