ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Yeni Zelandiya hazırda İranda olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Departamenti məlumat yayıb.
Departament iki həftəlik ölümcül etirazlardan sonra İranda qeydiyyatdan keçmiş 39 Yeni Zelandiya vətəndaşı ilə əlaqə saxladığını açıqlayıb.
Məlumata görə, Tehrandakı Yeni Zelandiya səfirliyi fəaliyyət göstərir, lakin konsulluq yardımı göstərmək imkanları ciddi şəkildə məhduddur.
Ağarza Elçinoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.