Bakı.Trend:
Türkiyənin İstanbul, Ankara, İzmir, Diyarbəki və Balıkesirvilayətləri daxil olmaqlar bir çox bölgələrində FETÖ terrorçutəşkilatına qarşı əməliyyatlar keçirilib.
Trend xəbər verirki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz rəsmi “X”səhifəsində məlumat bölüşüb.
Əməliyyatların gedişində hazırda aralarında dövlət qulluğundaçalışan şəxslərin də olduğu, 81 nəfərin şübhəli şəxs qismindəsaxlanıldığı bildirilir.
Saxlanılan şübhəlilərin təşkilatın gizli rabitə proqramı olanByLock istifadəçiləri olduqları, təşkilatla əlaqəli şirkətlərdəqeydiyyatda olduqları, FETÖ-nün “Polis daxilində MəxfiStrukturlaşması”nda məsul səviyyədə fəaliyyət göstərdikləri,müxtəlif vəzifə və statuslu polis əməkdaşları ilə təşkilatigörüşlər keçirdikləri,hər rütbədən olan polis əməkdaşlarınıtəşkilatın daxili kodlaşdırma sistemi ilə kodlaşdırdıqları,təşkilata cəlb etməyə çalışdıqları polis əməkdaşları ilə bağlımüxtəlif fəaliyyətlər planlaşdırdıqları, polis əməkdaşlarını ailəvəziyyəti, təyinat və sağlamlıq durumlarına qədər izlədiklərimüəyyən edilib.