AZ

Komandasının qələbəsinə sevinən azarkeş öldü

“Norviç” klubunun azarkeşlərindən biri vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Hadisə yanvarın 11-də İngiltərə Kubokunun 1/32 final mərhələsində “Uolsoll”a qarşı keçirilən və komandanın 5:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra baş verib. Klubun açıqlamasında deyilir:

“İngiltərə Kuboku matçından sonra komandamızın azarkeşlərindən birinin vəfat etdiyini dərin təəssüflə bildiririk. “Norviç” bu son dərəcə çətin zamanda azarkeşin ailəsinə və yaxınlarına səmimi başsağlığı verir”.

Seçilən
69
publika.az

1Mənbələr