Mövsümün ikinci hissəsinə hazırlığı yanvarın 10-dan Türkiyədə davam etdirən “Zirə” bu gün ilk matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Çiksereda" kollektivi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə 17:00-da start götürəcək.
“Zirə”nin Antalya toplanışı yanvarın 17-dən davam edəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qartallar” rumınlardan başqa, yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.