İranda etirazlar davam etdiyi bir vaxtda dünyanın müxtəlif yerlərində bu etirazlara dəstək məqsədilə aksiyalar keçirilir.
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində İranda hakimiyyətə qarşı keçirilən etirazlara dəstək vermək üçün toplaşan insanların arasına hərəkətdə olan bir yük maşınının daxil olması nəticəsində 2 nəfər xəsarət alıb.
"Cebheinfo.az" xəbər verir ki, "CBS News"-un məlumatına görə, Los-Ancelesin Vestvud bölgəsində İranda davam edən etirazlara həmrəylik göstərmək məqsədilə minlərlə insan bir araya gəlib.
Los-Anceles Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamaya əsasən, toplaşanların arasına daxil olan yük maşını 2 nəfərin yaralanmasına səbəb olub.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, hadisəni törədən və hələlik kimliyi açıqlanmayan sürücü dindirilməkdədir.