TƏBİB Ağdərədə minaya düşən Elvin Kərimovun vəziyyəti açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, 1988-ci il təvəllüdlü yaralının müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
"Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozları təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, partlayış işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib. Yaralı humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı Elvin Kərimovdur.
Telegram kanalımız