AZ

Ərdoğan: “Doqquz nəvəm var, bu da kasıb üçün ayrı bir gözəllikdir”

“Hər şeydən əvvəl mən bir babayam və şükürlər olsun ki, doqquz nəvəm var. Bu da kasıb üçün ayrı bir gözəllikdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Hane İslam əsərləri sərgisi”nin açılışından sonra sənətçilər və iştirakçılarla görüşündə deyib.

O, illərdir səsləndirdiyi “hər ailədə ən azı 3 uşaq” çağırışını bir daha xatırladaraq bildirib ki, bu, güclü ailə modelinin ayrılmaz hissəsidir.

R.T.Ərdoğan nəslin artırılmasının vacibliyini vurğulayıb və bunun yalnız şəxsi arzu deyil, dini bir tövsiyə olduğunu söyləyib:

“Ən azı 3 uşaq” deyirəm. Bu, təbii ki, güclü ailənin vazkeçilməz şərtidir. Nəslimiz artmalıdır. Bu, sadəcə bizim arzumuz deyil, Allahımız və Peyğəmbərimizin bizə davamlı tövsiyəsidir. Peyğəmbərimiz “Digər cəmiyyətlərə qarşı ümmətimin çoxluğu ilə iftixar edirəm” buyurur. Deməli, bu, yerinə yetirilmlidir.

Məhz buna görə ailə anlayışından çıxış edərək ötən ili “Ailə İli” elan etdik. Bu addımı atmağımızın əsas səbəbi də, xüsusilə əhalisinin böyük hissəsi müsəlman olan bir toplum kimi, heç bir tərəddüd etmədən ölkəmizdə bu nəslin artırılmasını istəməyimizdir.

Hazırda vəziyyət yaxşı deyil. Ən yaxınlarımızla söhbət edəndə belə görürsünüz ki, təəssüf ki, onlar da əhali artımına qarşı çıxırlar. Bu isə bizi ciddi şəkildə üzür. Hazırda ən dost bildiklərimizin belə, əhali artımına qarşı olması diqqət çəkir. Ümid edirəm ki, Tophane-i Amire-dəki bu görüşümüz əhali artımı məsələsində yeni bir addıma vəsilə olar”.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
37
2
yenisabah.az

3Mənbələr