AZ

Məşhur məşqçini Ərəbistana aparan bu gözəl imiş

İki dəfə “İnter”i Çempionlar Liqasının finalına çıxarmış italiyalı məşqçi Simone İnzaqi indi Səudiyyə Ərəbistanında çalışır.

“Çətin çağırış qəbul etdim və bir neçə il “İnter”də çalışdıqdan sonra komfort zonamdan çıxdım. Məşq etdirmək istədiyim başqa klub yox idi. Düşüncə tərzimi, oyun stilimi dəyişmək və yeni şeylər sınamaq istəyirəm”, – deyə o, 2025-ci ilin iyun ayında “Əl-Hilal” ilə müqavilə imzaladıqdan sonra bildirib.

Ərəbistan yarımadasına köç edən məşqçi tək deyil. Həyat yoldaşı Qaya Lukariello da yanındadır. Görünür, Qaya “İnter”dən ayrılmaq qərarını Simonedən daha çox istəyib. O etiraf edib ki, əgər istəsəydi, İnzaqini Milanda qalmağa məcbur edə bilərdi, amma belə etməyib. Əksinə, ona Səudiyyə klubuna keçməyi tövsiyə edib.

“Bəli, qalmaq istədik, amma hər dövrün bir başlanğıcı və sonu var. Mən həyat yoldaşı olaraq həmişə düzgün məsləhət verməyə çalışıram. Bu gün, ürəyim başqa bir şey desə də, səhifəni çevirməyi tövsiyə etdim. Bu dörd il “İnter”lə möhtəşəm keçdi. Bu vidalaşma ruhumda ağır daş kimi qalır. Bu illəri həmişə ürəyimdə saxlayacağam. Hər birimiz üçün asan deyil. Amma həyatı işdən ayırmaq lazımdır və indi yolumuz başqa yerdən keçir. Amma ürəyimizin bir parçası burada qalacaq”, – deyə Qaya sosial şəbəkə hesabında yazıb.

Seçilən
10
publika.az

1Mənbələr