Məhəmməd Kudus uzun müddətə sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in qanalı vingeri premyer-liqanın “Sanderlend” ilə oyununda zədələnib. Futbolçunun bud nahiyəsində əzələ zədəsi aşkarlanıb. Klubun yaydığı məlumatda bildirilib ki, Kudusun yaşıl meydana qayıdışı yalnız mart ayının sonuna təsadüf edəcək.
Məhəmməd cari mövsümdə londonluların heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta