AZ

Tramp: "Exxon"un Venesuelada işləməsinə icazə verməyə bilərik

Tramp: "Exxon"un Venesuelada işləməsinə icazə verməyə bilərik

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelada fəaliyyət göstərmək üçün Amerika neft şirkəti “Exxon”a icazə verməyə bilər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında danışıb.

Tramp qeyd edib ki, “Exxon”un işləməsinə icazə verməməyə meyllidir və şirkət rəhbəri Darren Voodsun açıqlamasından razı qalmayıb.

Qeyd olunur ki, Voods 9 yanvar tarixində Trampın ABŞ neft şirkətləri rəhbərləri ilə görüşündə Venesuelaya investisiyaların məqsədəuyğunluğu barədə şübhəsini ifadə edib.

Seçilən
53
afn.az

1Mənbələr