Los Ancelesin Vestvud bölgəsində İran hökuməti əleyhinə keçirilən etiraz aksiyasında insident yaşanıb.
APA “Los Angeles Times”a istinadən xəbər verir ki, “U-Haul” tipli yük maşını etirazçıların üzərinə sürülüb.
Sürücü polis tərəfindən saxlanılıb, ciddi xəsarət qeydə alınmadığından, əraziyə təcili tibbi yardım maşınının göndərilməsinə ehtiyac qalmayıb.
Yük maşınının sürücüsünün isə yaralandığı bildirilir.
Polis hadisənin siyasi motiv və ya terrorist məqsədlərlə törədildiyini ehtimal etmir.